XƏBƏR LENTİ
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Qurban Qurbanov: "Bu qələbə futbolçulara əlavə inam verdi"
İdman 10:58 / 17.09.2025

Portuqaliyanın "Benfika" klubuna səfərdə 3:2 hesabı ilə qalib gələn "Qarabağ" komandası bu gün səhər saatlarında Vətənə qayıdıb. 

Olimpiyadunyasi.com xəbər verir ki, futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin birinci turunda tarixi qələbə qazanan komandamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndləri, jurnalistlər və azarkeşlər qarşılayıblar. Oyun haqqında jurnalistlərlə təəssüratlarını bölüşən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov belə qələbələrin ölkəmizdə futbolu sevdirmək üçün təkan verdiyini qeyd edib."Futbolçularımız belə bir vacib oyunda əsl mübarizə göstərdilər. Oyunun ilk dəqiqələri bir qədər gərgin oldu. Lakin növbəti dəqiqələrdə futbolçularımız oyunu ələ ala bildilər. Bu, bizim Azərbaycan futbol tarixində Çempionlar Liqasının əsas mərhələsində ilk qalibiyyətimiz idi. Bu qələbə futbolçulara əlavə inam verdi, klub olaraq biraz da böyüdük. 2:0 hesablı məğlubiyyətdən sonra geridönüş etdik və belə bir qələbə qazandıq.Futbolçularımla qürur duyuram", - deyə Qurban Qurbanov bildirib.



228 oxunub

InvestAZ