XƏBƏR LENTİ
30 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025
24 İyul 2025
22 İyul 2025
21 İyul 2025



Oleq Kerjankin: “Ölkəmizə medal qazandıran idmançılar arasında bizim də adımız var”
İdman 12:27 / 29.07.2025
"Festivala daha böyük həvəslə və gərgin hazırlaşmışdıq. Başa düşürdük ki, belə bir imkandan yararlanıb, yeni bir nailiyyət əldə edə bilərik”.

Bu sözləri Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalının güllə atıcılığı üzrə duet yarışlarında ölkəmizə gümüş medal qazandıran Oleq Kerjankin deyib.
10 m məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında Leyli Əliyeva ilə birgə fərqlənən idmançı qeyd edib ki, istək və arzularımızı həyata keçirmək üçün hədəfimizi daha kəskin etdik.
"Festival bizim üçün çox mühüm yarış idi. Yarışa yaxşı hazırlaşmışdıq. Nəticə də özünü göstərdi. Leyli ilə birlikdə bizə bəslənilən etimadı doğrultduq. Qızıl medala çox yaxın idik, lakin gümüş medal da aşağı nəticə deyil. Artıq ölkəmizə medal qazandıran idmançılar arasında bizim də adımız var. Bu, çox qürurvericidir”, - deyə Oleq Kerjankin qeyd edib.


829 oxunub

InvestAZ