XƏBƏR LENTİ
22 İyul 2025
21 İyul 2025
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025



Azərbaycan Üzgüçülük Federasiyası konfrans keçirib
İdman 13:58 / 22.07.2025
Bu gün "Hilton Baku" hotelində Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) strategiya və digər yeniliklərin təqdimatı ilə bağlı konfransı keçirilib. Konfransda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova və digər qurumların rəhbərləri iştirak ediblər.
Çıxışlardan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış üçün söz Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyevə verilib. Federasiya rəhbəri çıxışına media nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbriklə başlayıb. Zaur Əliyev bildirib ki, federasiya altı aydır ki, yeni heyətlə yeni dövrə qədəm qoyub. «Bu müddət ərzində bir sıra işlər görülüb. Bundan sonra federasiya yeni strategiya ilə bu idman növünün inkişafına nail olmağı planlaşdırır. 2025-2029-ü illəri əhəatə edən yeni strategiya 4 prinsip üzərində qurulub. Buraya üzgüçülüyün həyatı bacarıq kimi təbliği, kütləvilik,
beynəlxalq idman nəticələri, gənclərin sağlam bədənə sahib olması və tibb mütəxəssisləri ilə birgə işin təşkili aiddir. Biz inanınrıq ki, bu müddət ərzində federasiya bu strategiya ilə yeni nailiyyətlərə yiyələnəcək», - deyə ASF prezidenti vurğulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirib ki, Azərbaycan Üzgüçülük Federasiyası yeni rəhbərliklə altı aydır işə başlayıb. Az bir müddətdə vacib ASF-in strategiya qurduqlarını vurğulayan Fərid Qayıbov bu sahədə Gənclər və İdman Nazirliyinin birgə fəaliyyət göstərəcəyini, onlara hər cür diqqətin ayrılacağını qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov üzgüçülüyün bütün dünyada populyar idman növü olduğunu, yaşından asılı olmayaraq hər kəs üçün sağlamlıq baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib. Nazir müavini bildirib ki, bu sahə uşaq və yeniyetmələr arasında daha yüksək səviyyədə təbliğ olunmalıdır.
ASF-in baş katibi Oktay Atayev çıxış edərək federasiyanın 2025-2029-cü illəri əhatə edən strategiyası barədə geniş məlumat verib. O qeyd edib ki, ötən altı ay ərzində bir sıra yeniliklər başa verib. Belə ki, idmançıların geyim dəstələri yenilənib. Bu istiqamətdə İtaliyanın «Macron» geyim brendi ilə tərəfdaşlıq əldə olunub. İdmançıların maaş sistemində müsbət yönümdə artım baş verib. Yeni dərman preparatları alınıb. Federasiyanın logo və veb-saytı yenilənib. Veb saytda bir sıra dəyişiklilər olub, sosial şəbəkə hesabları öz imkanlarını genişləndirib.
Sonra məlumat verilib ki, Sidney Yay Olimpiya oyunlarında 3 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan kanadalı üzgüçü Pyer La Fonten Azərbaycan Üzgüçülük Federasiyasına məsləhətçi təyin olunub. O, buna qədər üzgüçülük üzrə Çin və Kanada yığmasının baş məşqçisi olub. Konfrans zamanı videomüraciət edən Pyer La Fonten tədbir iştirakçılarını salamlayıb və bildirib ki, ASF-in qarşıdakı illərdə uğurlu fəaliyyəti üçün öz təcrübəsini əsirgəməyəcək.

235 oxunub

InvestAZ