XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Ağırlıqqaldıranımız Avropa birinciliyində iki medal qazanıb
İdman 10:50 / 29.07.2025

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

Bu gün atletlərimizdən Lətif Əliyev U-15 kateqoriyasında mübarizəyə qoşulub. 71 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub. Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.



11715 oxunub

InvestAZ