XƏBƏR LENTİ
21 İyul 2025
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025



Skopye-2025: Bu gün 16 idmançımız festivalda mübarizəyə başlayır
İdman 08:03 / 21.07.2025

Bu gün Şimali Makedoniya və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının ilk yarış gününə start veriləcək.

Yarışların ilk günündə Azərbaycan komandasının 16 idmançısı mübarizəyə başlayacaq. Təmsilçilərimizdən 8-i atletika, 4-ü üzgüçülük, 2-si atıcılıq, 2-si isə badminton yarışlarında iştirak edəcək.

İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:


21 iyul


11:31. Üzgüçülük (qızlar), II təsnifat mərhələsi

İdmançı: Vlastilina Xasyanova (100 metr sərbəst üsul)

Məkan: "Centar” Olimpiya Üzgüçülük Mərkəzi


11:36. Atletika (qızlar), I mərhələ III təsnifat yarışı

İdmançı: Safiya Kərimova (100 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu


11:46. Üzgüçülük (oğlanlar) - II təsnifat yarışı,

İdmançı: Fərhad Şirməmmədli (400 metr sərbəst üsul)

İdmançı: Ramal Sadıqlı (400 metr sərbəst üsul)

Məkan: "Centar” Olimpiya Üzgüçülük Mərkəzi


12:11. Üzgüçülük (qızlar) - II təsnifat yarışı,

İdmançı: Mehri Əbdürrəhmanlı (200 metr batterflay)

Məkan: "Centar” Olimpiya Üzgüçülük Mərkəzi


12:14. Atletika (oğlanlar), I mərhələ IV təsnifat yarışı

İdmançı: Həmid Nəbiyev (100 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu


12:40. Atletika (oğlanlar), I mərhələ, I təsnifat yarışı

İdmançı: İsgəndər Əsgərov (800 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu


12:45. Atletika (qızlar), təsnifat mərhələsi, A qrupu

İdmançı: Mələk Hüseynova (uzunluğa tullanma)

Məkan: Todor Proeski milli stadionu


13:01. Üzgüçülük (qızlar), təsnifat mərhələsi, II təsnifat yarışı

İdmançı: Vlastilina Xasyanova (200 metr arxasıüstə)

Məkan: "Centar” Olimpiya Üzgüçülük Mərkəzi


13:30. Badminton (oğlanlar, fərdi), G qrupu, ilk görüş

İdmançı: Petr Briza (Çexiya) - Əli Gözəlov (Azərbaycan)

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb


14:30. Badminton (qızlar, fərdi), G qrupu, I oyun

İdmançı: Viktoriya Kumanyayaeva (Azərbaycan) - Diya Mary Çerian (Danimarka)

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb


16:50. Güllə atıcılığı, qarışıq komanda, təsnifat mərhələsi

İdmançı: Leyli Əliyeva və Oleq Kerjankin (pnevmatik tapança,10 m)

Məkan: Partizan idman zalı


18:30. Badminton (oğlanlar, fərdi), G qrupu, II oyun

İdmançı: Dionis Morina (Kosovo) - Əli Gözəlov (Azərbaycan)

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb


20:13. Atletika (oğlanlar), I mərhələ, II təsnifat yarışı

İdmançı: Əmir İsmayılov (110 m sədlərlə qaçış)

Məkan: Todor Proeski milli stadionu


20:46. Atletika (qızlar), I mərhələ, III təsnifat yarışı

İdmançı: Mədinə Hüseynzadə (400 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu


21:08. Atletika (oğlanlar), I mərhələ, II təsnifat yarışı

İdmançı: Nihat Tağıyev (400 m məsafəyə qaçış)

Məkan: Todor Proeski milli stadionu


21:10. Atletika (oğlanlar), final mərhələsi

İdmançı: Fərhad Quliyev (nüvəitələmə) – 19:10

Məkan: Todor Proeski milli stadionu

Azər Əlizadə



275 oxunub

InvestAZ