XƏBƏR LENTİ
21 İyul 2025
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025



Üzgüçülərimiz də Skopye-2025-də mübarizəyə başladılar
İdman 13:14 / 21.07.2025
Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən üzgüçülük yarışlarına da start verilib.
Olimpnews.az xəbər verir ki, yarışların ilk günündə dörd idmançımız mübarizə aparacaq. Artıq üç idmançımız ilk çıxışını yekunlaşdırıb. Təmsilçilərimizdən Fərhad Şirməmmədli 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında finişə ikinci çatıb - 4:23.76. Onun komanda yoldaşı Ramal Sadıqlı isə bu kateqoriyada beşinci olub. O, çıxışını 4:17.51 saniyə ilə başa vurub. Komandamızın daha bir üzvü Mehri Əbdürrəhmanlı isə (200 metr batterflay) 2:26.33 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, EYOF-2025-in üzgüçülük yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedə yerləşən "Centar” Olimpiya Üzgüçülük Mərkəzində keçirilir.


335 oxunub

InvestAZ