XƏBƏR LENTİ
21 İyul 2025
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025



Azərbaycan atıcısı Avropa Kubokunda gümüş medal qazanıb
İdman 12:31 / 21.07.2025

Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən "5-ci Ranno Krusta Memorialı” və "Lapua” Avropa Kubokunda iki gümüş medal qazanıb.

O, əvvəlcə 25 metr məsafəyə sürətli atəş üzrə yarışda ikinci yeri tutub.

Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə R.Lunyov ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib.


346 oxunub

InvestAZ