XƏBƏR LENTİ
21 İyul 2025
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025



Daha iki atletimiz EYOF-2025-də mübarizəyə başladı - FOTO/VİDEO
İdman 13:46 / 21.07.2025

Skopye-2025 çərçivəsində keçirilən atletika yarışları davam edir.
Bu gün daha iki atletimiz festivalda mübarizəyə başlayıb. Təmsilçilərimizdən Həmid Nəbiyev I mərhələnin IV təsnifat yarışında 100 m məsafəni 11.38 saniyə nəticə ilə 6-cı yerdə tamamlayıb.
Komandamızın digər üzvü İsgəndər Əsgərov isə 800 m məsafəyə qaçışda I mərhələnin təsnifat yarışını 7 iştirakçı arasında sonuncu yerdə yekunlaşdırıb. O, bu məsafəni 1:59.41 saniyəyə qət edib. Bununla da hər iki idmançımız qeyd olunan məsafələr üzrə çıxışını yekunlaşdırıb.

Daha əvvəl isə digər təmsilçimiz Safiya Kərimova I mərhələnin III təsnifat yarışında 100 m məsafəyə qaçışda 13,09 nəticə iləyeddinci olmuşdu.

Qeyd edək ki, festivalın atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski milli stadionunda keçirilir.



343 oxunub

InvestAZ