XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Gənc atletimiz Skopye-2025-də Azərbaycan rekordunu yenilədi
İdman 13:41 / 22.07.2025
Azərbaycan atleti Əmir İsmayılov ötən gün Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışlarında mübarizə aparıb.
İdmançımız 110 metr məsafəyə sədlərlə qaçış növündə 14.44 saniyə nəticə ilə yadda qalıb. Gənc atletimiz bu nəticə ilə U-18 yaş kateqoriyasında yeni ölkə rekorduna imza atıb.
Əmir İsmayılov qarşıdakı yarış günlərində atletikanın uzunluğa tullanma növündə də mübarizə aparacaq.
Qeyd edək ki, atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski milli stadionunda keçirilir.

12746 oxunub

InvestAZ