XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Leyli Əliyeva: “Bu nailiyyət bizim gələcək karyeramız üçün mühüm bir təkan olacaq”
İdman 12:27 / 29.07.2025
"Atıcılıq idman növü ilk dəfə idi ki, festivalın proqramına salınmışdı. Belə bir idman tədbirində iştirak etmək bizə də nəsib oldu”.
Bu sözləri Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalının güllə atıcılığı üzrə duet yarışlarında ölkəmizə gümüş medal qazandıran Leyli Əliyeva deyib.
10 m məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında Oleq Kerjankinlə birgə fərqlənən idmançı əldə olunan uğura görə sevindiyini bildirib.
"Sevindirici haldır ki, Skopyedə ölkəmizi təmsil etmək imkanından yararlana bildik. Ən əsası gümüş medala yiyələnib, ilk dəfə festivalın mükafatçısı olan azərbaycanlı atıcı kimi tarixə düşdük. Bu nailiyyət bizim gələcək karyeramız üçün mühüm bir təkan olacaq”.

15381 oxunub

InvestAZ