XƏBƏR LENTİ
14 May 2025
13 May 2025
12 May 2025



Astaralı idmançılar respublika çempionatında 4 medal qazandılar
İdman 13:42 / 14.05.2025
Astaralı idmançılar Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə keçirilən respublika çempionatında 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib çıxıblar. Belə ki, Bakı şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə keçirilən çempionatında gənclər arasında mübarizə aparan astaralı idmançı  Yusif Kərimli 55 kq çəki dərəcəsində sağ qol üzrə qızıl və sol qol üzrə gümüş medal qazanıb. Eləcə də digər idmançımız Cabir Mirzəzadə (70 kq) sol qol üzrə gümüş, sağ qol üzrə bürünc medala yiyələnib.
Onu da bildirək ki, idmançıların şəxsi məşqçisi Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi müəllimi Rəşad Əkbərovdur.

167 oxunub

InvestAZ