XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



ACF-in məşqçilər üçün peşəkar inkişaf proqramı davam edir
İdman 11:47 / 14.05.2025

Azərbaycan Cüdo Federasiyasının Şəkidə şimal-qərb regionunun cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının ikinci günündə ilkin yardımla bağlı təlim keçirilib.

Olimpnews.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimdə idman zamanı baş verə biləcək zədələr -xüsusilə travmalar, burxulmalar və huşun itməsi hallarında göstəriləcək ilkin müdaxilə üsullarından bəhs olunub. Məşqçilərə, həmçinin zədələnmiş idmançının vəziyyətini qiymətləndirmək və həkim gələnə qədər təhlükəsiz şərait yaratmaq qaydaları izah edilib. Təlimin sonunda təşkil olunan imtahanı uğurla başa vuran məşqçilərə beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.

Günün praktiki sessiyası isə "ne-waza" -yerdə tətbiq olunan texnikalara həsr edilib. Təlimatçılar "osaekomi-waza"ya daxil olan bütün saxlama fəndlərini nümayiş etdiriblər. Həmçinin bu fəndlər, onlardan yayınma yolları və uyğun kombinasiyalar Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının imtahan formatına uyğun şəkildə izah olunub.


12428 oxunub

InvestAZ