XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Masallıda uşaqlar cüdo turnirində bir araya gəldilər
İdman 13:58 / 28.04.2025

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman tədbirləri çərçivəsində Masallı rayonunda uşaqlar arasında cüdo üzrə turnir təşkil edilib.

N.Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda 10 çəki dərəcəsi üzrə 52 nəfər gənc idmançı qalibiyyət uğrunda mübarizə aparıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə fərqlənən idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Tədbirin əsas məqsədi rayonda cüdo idman növünün inkişafına töhfə vermək, uşaqlar arasında sağlam həyat tərzini təbliğ etmək və gələcək idmançıların aşkara çıxarılması olub.


11986 oxunub

InvestAZ