XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Avropa çempionatı: Cüdo millimiz qarışıq komanda yarışlarında mübarizəyə başlayır
İdman 11:40 / 27.04.2025
Bu gün Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışlarına start veriləcək. 
Olimpnews.az xəbər verir ki, millimiz ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində Gürcüstan yığmasına qarşı keçirəcək.
Komandamızın heyətində Çıxan Əlizadə (-57 kq), Günel Həsənli (-70 kq), Südabə Ağayeva (-70 kq), Nigar Süleymanova (+78 kq), Ruslan Paşayev (-66 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq), Zelim Kotsoyev (-100 kq) və Usangi Kokauri (+100 kq) yer alıb. 
İlk görüşlərə saat 12:30-da, final blokuna isə 18:00-da start veriləcək. 
Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün başa çatan qitə çempionatının fərdi yarışlarını 1 gümüş və 4 bürünc medalla başa vurublar. Komandamızın heyətində Zelim Kotsoyev (-100 kq) gümüş, Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medala sahib çıxıblar. 

12711 oxunub

InvestAZ