XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



“Çempionların savaşı” turnirində heyət dəyişdi - Anand yarışda iştirak etməyəcək
İdman 15:48 / 22.04.2025

Azərbaycan Şahmat Federasiyasının (AŞF), Gənclər və İdman Nazirliyinin, eləcə də Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək "Çempionların savaşı” adlı beynəlxalq şahmat turnirinin iştirakçı siyahısında dəyişiklik edilib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, turnirdə iştirakı planlaşdırılan Hindistan şahmatının əfsanəsi, keçmiş dünya çempionu Vişvanatan Anand səhhətində yaranan narahatlıq səbəbilə Bakıya gələ bilməyəcək. Həkimlərin tövsiyəsinə əsasən səfərdən imtina edən təcrübəli qrossmeyster federasiyaya ünvanladığı məktubda gələcək yarışlarda iştirak etməkdən məmnunluq duyacağını bildirib.

Aprelin 28-dən 30-dək Milli Xalça Muzeyində keçiriləcək yarışda Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanovla qarşılaşacaq.

Turnirdə qadınlar arasında isə Azərbaycan çempionu Günay Məmmədzadə bolqarıstanlı dünya və Avropa çempionu Antoaneta Stefanova ilə üz-üzə gələcək. Yarışın qalibi rapid və blits partiyalarının ümumi nəticələrinə əsasən müəyyən olunacaq.


8474 oxunub

InvestAZ