XƏBƏR LENTİ
23 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



BOK prezidenti başsağlığı verib
İdman 17:33 / 21.04.2025

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Papanın vəfatı ilə bağlı başsağlığı verib. "Müqəddəs Papa Fransiskin vəfatı ilə biz Olimpiya Hərəkatının etibarlı dostunu və tərəfdarını itirmişik. O, Olimpiya Oyunlarının sülh və həmrəylik missiyasına və BOK-un qaçqınlarla bağlı çoxsaylı təşəbbüslərinə böyük dəstək verirdi. Bu xəbər hər birimizi çox sarsıtdı", - deyə   BOK-un mətbuat xidməti sosial şəbəkə hesablarında Baxın sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, Tomas Bax iyunun 24-də BOK prezidenti vəzifəsini tərk edəcək. Onun bu ilin mart ayında seçilmiş yeni Kirsti Koventri əvəz edəcək. 

Qeyd edək ki, Papa Fransisk bu gün 88 yaşında Vatikandakı iqamətgahında vəfat edib. 


12624 oxunub

InvestAZ