XƏBƏR LENTİ
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



Bratislavada dah bir yunan-Roma güləşçimiz Avropa çempionu adını qazandı
İdman 22:15 / 13.04.2025

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 82 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda macarıstanlı Erik Silvassini 6:0 hesabı ilə məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Q.Qurbanovun böyüklər arasında qazandığı ilk Avropa çempionluğu olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medala sahib çıxıblar. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub.

Yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.


13155 oxunub

InvestAZ