XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025



Azərbaycan Basketbol Liqasının qarşılaşmalarında beynəlxalq hakim heyəti
İdman 15:01 / 12.04.2025

Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.

Bildirilib ki, FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer almasıgənc hakimlərimiz üçün də canlı təcrübədir.


1308 oxunub

InvestAZ