XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Parisdə avtomobili azarkeşlərin üzərinə sürdülər
İdman 15:18 / 08.05.2025

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsindən PSJ azarkeşlərinin komandalarının qələbəsini qeyd ediblər. Lakin həmin vaxt xoşagəlməz hal yaşanıb. Parisdə avtomobillərdən biri azarkeş kütləsinin üzərinə sürülüb.

"Olimpnews.az" "Le Parisien” qəzetinin məlumata istinadla xəbər verir ki, Yelisey meydanı yaxınlığında baş verən hadisə zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyəti ağır olaraq qalır.
Bundan başqa polis tədbir zamanı azı 43 nəfəri həbs edib. Azarkeşlərin mağaza və avtomobillərə ziyan vurduğu da qeyd edilir.
Məlumat üçün bildirək ki, PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Arsenal"a qalib gəlib - 2:1. Paris klubu mayın 31-də Münhendə Milan "İnter"i ilə final görüşünə çıxacaq.


9519 oxunub

InvestAZ