XƏBƏR LENTİ
08 May 2025
07 May 2025
06 May 2025
05 May 2025



“Barselona”nın baş məşqçisi məğlubiyyətin səbəblərini açıqladı
İdman 11:38 / 07.05.2025

"Barselona” klubunun baş məşqçisi Hans Filk "İnter”lə yarımfinal oyunundan sonra media nümayəndələrinə müsahibə verib.

Almaniyalı mütəxəssis komandasının finala vəsiqə qazana bilməməsinin səbəblərini açıqlayıb.

"İkinci hissədə daha yaxşı oyun sərgilədik. Düzdür, bu ağır bir məğlubiyyətdir və kədərlənmək normaldır. Amma ayağa qalxıb qalan uğurlar üçün mübarizə aparmalıyıq. Bu, son demək deyil.

Yola davam etməliyik. Bu gün mübarizədən kənarda qaldıq, amma gələn mövsüm geri qayıdacağıq.

Futbolçularımla fəxr edirəm. Onlar əllərindən gələni etdilər. Hər zaman qalib gəlmək olmur və oyunçular bunu qəbul etməlidirlər. Bu oyunu da hər zaman etdiyimiz kimi təhlil edəcəyik, sonra nə etməli olduğumuzu görəcəyik.

Öz stadionumuzda, doğma azarkeşlərimizdən böyük dəstək alırıq.

İndi əsas gücümüzü toplayıb, mayın 11-də keçiriləcək "El-Kassiko”ya fikrimizi yönətməliyik”, - deyə Kataloniya klubunun baş məqçisi jurnalistlərə müsahibəsində bildirib.

Almaniyalı baş məşqçi oyun idarəçiliyi ilə bağlı məsələlərə də toxunub:

"Hakim haqqında danışmağı sevmirəm, ona nə düşündüyümü dedim, amma bunu burada təkrarlamayacağam. Bəzi hakim qərarları ədalətsiz oldu və bunu da deməliyik. Baş hakim hər 50/50 epizoda "İnter”in leyhinə qərar qəbul etdi. Etiraf edim ki, bu məni məyus etdi, amma "İnter”ə uğurlar arzulamaq istəyirəm. Onlar əla iş gördülər”.

Qeyd edək ki, ötən gün keçirilən yarımfinal mərhələsinin cavab oyununda "İnter” komandası "Cüzeppe Meatsa”da "Barselona”ya 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazandılar.


275 oxunub

InvestAZ