Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır
İdman 08:41 / 09.05.2025
Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
Yarışda Azərbaycan komandası üç çəki dərəcəsində üç qadın cüdoçu ilə təmsil olunur.Təmsilçilərimizin hər üçü turnirin ilk günündə mübarizəyə başlayacaqlar.
Cüdoçularımızdan -48 kq çəki dərəcəsində mübarizə aparan Könül Əliyeva1/16 finalda Kyonxa Li (Cənubi Koreya) ilə qarşılaşacaq. Millimizin digər üzvlərindən Gültac Məmmədəliyeva (-52 kq) da yarışa1/16 finaldan qoşulacaq. O, bu mərhələdə fransalı Lea Beresi mübarizədən kənarlaşdırmağa çalışacaq. Gənclər arasında Avropa çempionumuz Fidan Əlizadə (-57 kq) isə 1/16 finalda türkmənistanlı Medine Orazniyazova ilə üz-üzə gələcək.
238 oxunub