XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Rusiya futbolu Ağ evdə müzakirə olunub
İdman 14:16 / 07.05.2025

"Bütün futbol dünyası Rusiyanın geri qayıtmasını istəyir".

Bu sözləri FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşdən sonra bildirib.

Qurumun prezidenti qeyd edib ki, Rusiyanın beynəlxalq futbol arenasına tezliklə qayıda bilər: "Bu görüş olduqca yaddaqalan oldu. Rusiya uzun müddətdir kənarda qalıb. Səbəblər aydındır. Tramp özü etiraf etdi ki, Rusiyanın DÇ-2026-dan iştirak etməyəcəyindən xəbərsizdir. Qeyd etdi ki, bu məsələ həll olunsa, Ukrayna-Rusiya münaqişəsində də irəliləyiş baş verə bilər".

Qeyd edək ki, 2022-ci ilin fevralından etibarən Rusiya FİFA və UEFA-nın qərarı ilə beynəlxalq turnirlərdən kənarlaşdırılıb.



3511 oxunub

InvestAZ