XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Gənc cüdoçularımız İstanbuldakı Avropa Kubokuna 3 medalla başladılar
İdman 22:57 / 03.05.2025
Bu gün Türkiyənin İstanbul şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib.
Olimpiyadunyasi.com xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən ilk yarış günündə Azərbaycan idmançıları üç medal qazanıblar. Komandamızın heyətində Nizami İmranov (-66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yığmamızın digər üzvlərindən isə Nihad Məmişov (-60 kq) və Fərid Qarayev (-60 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, yarışda 31 ölkədən 505 (341 oğlan, 164 qız) cüdoçunun iştirak etdiyi yarışda komandamız 38 cüdoçu (28 oğlan, 10 qız) ilə təmsil olunur.
Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.

3744 oxunub

InvestAZ