XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Dani Olmo "Barselona"dan gedir? 
İdman 11:33 / 09.05.2025

İspaniyanın "Barselona" klubu cari mövsümün sonunda Dani Olmonu transfer bazarına çıxaracaq.

Gözlənilənləri Olmodan ala bilməyən klub rəhbərliyi 27 yaşlı ispaniyalı üçün gələcək təklifləri dinləməyə hazırdır. Kataloniyalılar hətta yarımmüdafiəçi üçün minimum 70 milyon avro tələb edəcək.

Qeyd edək ki, Dani Olmo 2024-cü ilin avqustunda Almaniyanın "Leyptsiq" klubundan 55 milyon avro qarşılığında transfer edilmişdi. O, kataloniyalıların heyətində 35 rəsmi oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onu da əlavə edək ki, "Barselona" Akademiyasının yetirməsi olan Olmonun klubla müqaviləsi 2030-cu ilə qədərdir.


3850 oxunub

InvestAZ