XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Azərbaycan boksçuları “Böyük İpək Yolu” turnirində uğurla çıxış edir
İdman 12:02 / 13.04.2025

Bakıda keçirilən "Böyük İpək Yolu” beynəlxalq boks turnirində Azərbaycan millisinin daha 5 üzvü növbəti mərhələyə vəsiqə qazanıb.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, Boks Mərkəzində təşkil olunan yarışın 1/8 final mərhələsi yekunlaşıb və 1/4 finalçılar müəyyənləşib. İkinci yarış günündə Sübhan Məmmədov, Ayaz Tağızadə, Əli Abdullayev, Ruslan Rüstəmov və Murad Allahverdiyev mərhələ adlayan boksçular sırasına düşüblər.

Qeyd edək ki, turnirdə 9 ölkənin boksçuları mübarizə aparır. Yarışın qalibləri aprelin 15-də bəlli olacaq.


1643 oxunub

InvestAZ