XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



U-17 millimiz Malta sınağında
İdman 11:22 / 18.03.2025

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

B Liqasının 2-ci qrupunda yer alan yığmamız son matçında Malta ilə üz-üzə gələcək. "ASCO Arena”da təşkil olunacaq qarşılaşmanı portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edəcək. Görüş saat 13:00-da başlayacaq.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər. Son tur öncəsi Lüksemburq 6 xalla qrupun lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq, 2-3-cü yerlərdə qərarlaşırlar. Qrup sonuncusu Malta seçməsinin aktivində xal yoxdur.


11699 oxunub

InvestAZ