XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Basketbol Liqası: "Sabah"dan inamlı qələbə
İdman 18:40 / 15.03.2025

Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu keçirilib. A qrupu çərçivəsində təşkil olunan oyunda "Sabah" "Abşeron"la üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən oyun "Sabah”ın 99:64 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" isə "Ordu"nu 95:84 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.



12910 oxunub

InvestAZ