XƏBƏR LENTİ
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Toğrul Əsgərov: "İstəmirik ki, idmançılarımızı tələsdirək"
İdman 22:04 / 13.03.2025

"Komandamızın gələcəyi çox parlaqdır. Federasiyanın dəstəyilə maksimum gücümüzü ortaya qoyuruq".

Bu sözləri qadın güləşi üzrə komandamızın baş məşqçi əvəzi Toğrul Əsgərov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində jurnalistlərə açıqlamasında deyib. 

Komandanın yeniyetmə və gənclərdən qurulduğunu deyən Toğrul Əsgərov güləşçiləri növbəti Olimpiya Oyunlarına hazırlayıb, medal qazanacaqlarına ümid etdiyini bildirib. 

"Komandamız yeniyetmə və gənclərdən qurulub. Çalışırıq ki, bu güləşçiləri növbəti Olimpiya Oyunlarına hazırlayıb, medal qazanaq. Günayın 17 yaşı var. Hələ U20 yaş qrupunda Avropa və dünya çempionatında iştirak etməyib. 3 il bu yaş qrupunda güləşə bilər. 6 il ərzində isə U23 yaş qrupunda iştirak etmək şansı var. O, indidən öz potensialını göstərib, uğur qazandı. İstəmirik ki, idmançılarımızı tələsdirək. Vaxtından tez böyüklər arasına çıxarmağı düşünmürük. Vaxtı çatanda idmançılarımızı sınaqdan keçirəcəyik”, - deyə Toğrul Əsgərov bilirib.

Qeyd edək ki, qadın güləşi üzrə millimiz U-23 Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. 


5390 oxunub

InvestAZ