XƏBƏR LENTİ
29 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



4 qat dünya çempionu dənizdə batan adamı xilas etdi
İdman 10:34 / 10.07.2019

Sardiniyada istirahətdə olan 37 yaşlı italiyalı üzgüçü Filippo Maqnini əsl qəhrəmanlıq nümayiş etdirib. O, dənizdə batmaq təhlükəsi ilə üzləşən 45 yaşlı kişinin həyatını xilas edib.
"O, çox qorxmuşdu və duzlu su udmuşdu. Mən ona yetişəndə, o danışa bilmirdi. Onu sudan çıxarmaq çətin idi. Ona görə də mən onun başını hava ilə doldurulmuş balışa qoydum. Mən sadəcə, etməli olduğum şeyi etdim”, - Maqnini deyib.
Məlumat üçün bildirək ki, italiyalı üzgüçü 2 qat dünya, 3 qat Avropa çempionudur.


30640 oxunub

InvestAZ