XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Cüdoçularımız Çexiyada Olimpiya Təlim Düşərgəsində iştirak edirlər
İdman 15:14 / 11.03.2025

Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edirlər.

Azərbaycan Cüdo Federasiyasındanverilən məlumata görə, hazırlıq prosesinə milli komandaların 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.

Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.

Təlim-məşq toplanışı martın 21-23-də Gürcüstanda keçiriləcək Tbilisi "Böyük Dəbilqə” turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi martın 17-də yekunlaşacaq.



16000 oxunub

InvestAZ