XƏBƏR LENTİ
26 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Boksçumuz beynəlxalq turnirin qalibi oldu
İdman 10:06 / 10.03.2025

Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu "Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. Görüşü 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesablı qələbə ilə başa vuran boksçumuz "Adriatik incisi”nin qalibi olub.

Daha əvvəl Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.


17551 oxunub

InvestAZ