XƏBƏR LENTİ
22 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Millimiz Heraklionda dördüncü yeri tutub
İdman 11:18 / 10.03.2025

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda 4-cü olub.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,  mübarizəyə 1/16 finaldan başlayan komanda ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib.

Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstanı 45:43 hesab ilə məğlub edib. Bu qarşılaşmadaA.Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib.

Azərbaycan qılıncoynadanları qələbə seriyasını növbəti görüşdə də davam etdiriblər. Qadın sablyaçılar bu dəfə ABŞ yığmasını 45:38 hesabı ilə üstələyərək adını ən güclü "4-lüy"ə yazdırıblar. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesabı ilə uduzan sablyaçılarımız 3-cü yer uğrunda keçirilən qarşılaşmada Cənubi Koreyayada məğlub olublar - 33:45.

Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstəriciyə A.Başta imza atıb. O, yekun sıralamada 12-ci olub. Səbinə Kərimova 45-ci, Palina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova isə 146-cı olub.

Qeyd edək ki, Dünya Kubokunda 200-dən çox qadın sablyaçı mübarizə aparıb.


18911 oxunub

InvestAZ