XƏBƏR LENTİ
26 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Basketbol Liqasında XVII tura yekun vurulacaq
İdman 10:31 / 09.03.2025

Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura iki oyunla yekun vurulacaq.

Turun son oyunları B qrupunun iştirakçıları arasında olacaq. 

Meydana əvvəlcə "Gəncə" və "Lənkəran" komandaları çıxacaq. Gəncə İdman Sarayında keçiriləcək oyun saat 14:00-da başlayacaq. Meydan sahibləri 28 xalla ikinci, qonaqlar isə 19 xalla sonuncu - altıncı pillədə yer alıblar. 

Tura saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək oyunla yekun vurulacaq. "Sumqayıt" klubu "Ordu"nu qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 22 xalla dördüncü, "hərbçilər" 27 xalla üçüncüdür.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, "Sabah” "Neftçi”ni 105:77, "Şəki” "Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.


16524 oxunub

InvestAZ