XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



III MDB Oyunlarında digər ölkələrin idmançıları da iştirak edə bilər
İdman 20:29 / 12.02.2025

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında digər ölkələrin idmançıları da iştirak edə bilərlər.

Bu barədə yarışın Təşkilat Komitəsinin ilk iclasında məlumat verilib.

Bildirilib ki, yarışda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycanın dəvəti əsasında iştirakları gözlənilir.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncədə və ölkəmizin digər 6 şəhərində keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.


14911 oxunub

InvestAZ