XƏBƏR LENTİ
29 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Azərbaycan çempionatı: İlk 1/4 finalçılar müəyyənləşdi
İdman 10:33 / 06.02.2025

Şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişi şahmatçıların yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı növbəti mərhələyə vəsiqə qazanıb.

1/8 final, cavab oyunları
Kişilər

Fərid Abbasov – Şəhriyar Məmmədyarov - 0:1 (ümumi hesab 0:2)

Teymur Rəcəbov – Namiq Quliyev - 0,5:0,5 (1,5:0,5)

Vüqar Rəsulov – Rauf Məmmədov - 0:1 (0,5:1,5)

Aydın Süleymanlı – Riad Səmədov - 0,5:0,5 (1,5:0,5)

Məhəmməd Muradlı – Nicat Məmmədov - 0:1 (1:1)

Vasif Durarbəyli – Əhməd Əhmədzadə - 0,5:0,5 (1:1)

Vüqar Əsədli – Eltac Səfərli - 0,5:0,5 (1:1)

Misrətdin İsgəndərov – Nicat Abasov - 0,5:0,5 (1:1)

Qadınlar

Lalə Hüseynova – Günay Məmmədzadə - 1:0 (ümumi hesab 1:1)

Gövhər Beydullayeva – Səbinə Rzalı - 1:0 (2:0)

Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva - 0:1 (0:2)

Xanım Balacayeva – Ləman Hacıyeva - 1:0 (2:0)

Mələk İsmayıl – Gülnar Məmmədova - 0:1 (0:2)

Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova - 0,5:0,5 (0,5:1,5)

Nərmin Kazımova – Türkan Məmmədyarova - 0:1 (1:1)

Nərmin Abdinova – Səbinə İbrahimova - 0:1 (0,5:1,5)

Beləliklə bu gün Azərbaycan çempionatında növbəti tay-brek görüşləri olacaq.

Kişilərin yarışında Misrətdin İskəndərov-Nicat Abasov, Vasif Durarbəyli -Əhməd Əhmədzadə, Vüqar Əsədli-Eltac Səfərli və Məhəmməd Muradlı-Nicat Məmmədov arasında həlledici partiyalar oynanılacaq.

Qadınların çempionatında isə Lalə Hüseynova-Günay Məmmədzadə və Nərmin Kazımova-Türkan Məmmədyarova mübarizəni davam etdirmək uğrunda yarışacaq.

Qeyd edək ki, 1/8 finalın ikinci oyun günündə rəmzi ilk gedişi əməkdar artist, "Bakılı Oğlanlar” ŞHK-nın üzvü, naşir Bəhram Bağırzadə reallaşdırıb.


18186 oxunub

InvestAZ