XƏBƏR LENTİ
30 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Yaponiyanın Bayıya Olimpiya və dünya çempionları ilə gəlir
İdman 13:11 / 05.02.2025

Yaponiyanın Olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıda keçiriləcək "Böyük Dəbilqə"də çıxış edəcəklər.

Bu barədəAzərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qadınlar arasında Olimpiya, üçqat dünya çempionu Natsumi Çunoda (48 kq), Olimpiya və dördqat dünya çempionu Uta Abe (52 kq) tatamiyə çıxacaqlar.

Kişilərdə Olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kq), dünya mükafatçısı Tatsuki İşihara (73 kq), Olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kq) mübarizə aparacaq.

Həmçinin ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiya nümayəndə heyətinin tərkibində Bakıya gələcəyi gözlənilir. Ümumilikdə Yaponiya Bakıdakı turnirdə 19 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında Milli Gimnastika Arenasında baş tutacaq.



15400 oxunub

InvestAZ