XƏBƏR LENTİ
15 Fevral 2025
14 Fevral 2025
13 Fevral 2025
12 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025



Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
İdman 16:08 / 04.02.2025

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkəmizdə boks yarışlarının keçirilməsi ənənəyə çevrilib və il ərzində bir sıra beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub. O vurğulayıb ki, ölkə birinciliyində 319 iştirakçıdan 39-nun qız boksçu olması sevindiricidir: "Yarışda ölkə xaricindən də beynəlxalq dərəcəli hakimlər dəvət edilib. Ən güclülərdən formalaşacaq yeniyetmə boksçulardan ibarət millimizdən hər il olduğu kimi, bu il də beynəlxalq arenalarda uğurlu nəticələr gözləyirik”.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Mikayıl Novruzov yarışın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıb.

Dövlət Himni səsləndirildikdən sonra birincilik açıq elan olunub.

Qeyd edək ki, fevralın 9-da başa çatacaq yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu mübarizə aparacaq. Birincilikdə oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcəklər.


1401 oxunub

InvestAZ