XƏBƏR LENTİ
15 Fevral 2025
14 Fevral 2025
13 Fevral 2025
12 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025



Yeniyetmə boksçular ölkə birinciliyində bir araya gələcəklər 
İdman 18:31 / 03.02.2025

Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar isə 7 çəki dərəcəsində mübarizə aparacaqlar.

6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu iştirak edəcək.Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlayacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.



1558 oxunub

InvestAZ