XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Stolüstü tennisçilərimiz Qətərdə uğurla çıxış ediblər
İdman 15:58 / 03.02.2025

Azərbaycan stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən "WTT Youth Star Contender Doha 2025” turnirini 3 medalla başa vurublar.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş mükafata sahib çıxıb.

Onur və koreyalı həmkarı Ma Yeongmin finalda Türkiyə idmançıları Kənan Kahraman və Görkem Ocala uduzaraq gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, bundan əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc mükafata yiyələnmişdilər. Onur Quluzadə həmçinin Dohada təşkil olunan "WTT Youth Contender Doha 2025” turnirinin gümüş medalını qazanmışdı.


14719 oxunub

InvestAZ