XƏBƏR LENTİ
23 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



Türkiyə klublarının Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşdi
İdman 16:36 / 31.01.2025

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Tədbirdə 1/16 finalın cütləri müəyyənləşib.

Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Belçikanın "Anderlext” kollektivi ilə üz-üzə gələcək. "Qalatasaray" isə Niderlandın AZ klubunun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları fevralın 13-də və 20-də keçiriləcək.

"Latsio” (İtaliya), "Atletik” (İspaniya), "Mançester Yunayted”, "Tottenhem” (hər ikisi İngiltərə), "Ayntraxt” (Almaniya), "Lion” (Fransa), "Olimpiakos” (Yunanıstan) və "Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıblar.

UEFA Avropa Liqası
Pley-off mərhələsi

"Tvente" (Niderland) - "Budyo Qlimt” (Norveç)
"Fənərbağça" (Türkiyə) - "Anderlext” (Belçika)
"Yunion” (Belçika) - "Ayaks" (Niderland)
PAOK (Yunanıstan) - FCSB (Rumıniya)
AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)
"Midtyullann” (Danimarka) - "Real Sosyedad" (İspaniya)
"Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)
"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)


16879 oxunub

InvestAZ