XƏBƏR LENTİ
13 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



IX Qış Asiya Oyunlarının Atletlər Kəndinin açılışı olub
İdman 12:42 / 28.01.2025

Fevralın 7-14-də Çinin Harbin şəhərində IX Qış Asiya Oyunları keçiriləcək. Oyunlarda 34 ölkədən mindən çox idmançı 11 idman növü üzrə mübarizə aparacaq. Yanvarın 27-də Harbin şəhərində yeni təmirdən çıxmış Huaqi hotelinin açılış mərasimi olub. Media mərkəzinin də yerləşəcəyi hotel Atletlər kəndi kimi fəaliyyət göstərəcək. Hotel ərazisində həmçinin açılış və bağlanış mərasimləri də təşkil olunacaq.
2005-ci ildə inşa edilən Huagi hoteli 41 mərtəbədən və 625 otaqdan ibarətdir. Qış Asiya Oyunları zamanı Atletlər kəndində klinika da idmançılara və rəsmi qonaqlara tibbi xidmət göstərəcək. Atletlər kəndində həmçinin idman zalları, antidopinq test mərtəbəsi və dükanlar da nəzərdə tutulub.
Fevralın 7-nə planlaşdırılan Oyunların açılış mərasimindən əvvəl buz üzərində hokkey, körlinq kimi digər idman növləri üzrə yarışlara start veriləcək. Açılış mərasimi ilə eyni gündə isə şort-trek konkisürmə üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, Harbin şəhəri sayca üçüncü dəfə bu oyunlara ev sahibliyi edəcək. Şəhər Asiya Olimpiya İttifaqının 2023-cü il 8 iyul tarixində Tailandda təşkil olunan 42-ci Baş Assambleyasında yeganə namizəd kimi qəbul edilib.



6885 oxunub

InvestAZ