XƏBƏR LENTİ
24 Mart 2025
23 Mart 2025
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025



Qarüstü polo komandamız Dünya Kubokunda ikinci yeri tutub
İdman 13:35 / 27.01.2025

Azərbaycanın "Land of Fire” komandası yanvarın 24-26-da İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 40-cı dünya kubokunda növbəti qələbəsini qazanıb.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə yarışda iştirak edən "Land of Fire” komandası finalda İsveçrənin "The Kusnacht Practice” komandası ilə qarşılaşıb və ikinci yer üzrə kuboka sahib olub.

Qeyd edək ki, komandamız Sankt Moritzdə iki dəfə - 2022-ci və 2023-cü illərdə qar polosu üzrə dünya kubokunu qazanıb.

Yarışlar zamanı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da fəaliyyət göstərib.

İştirakçılar Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində” nəşrindəki foto və video materiallar, eləcə də qədim çövkən oyununa dair müxtəlif sərgilərlə tanış ola bilib.

Pavilyonda Azərbaycanın müxtəlif milli brendləri – milli şirniyyatları təqdim edən "Xurcun”, qədim üzümçülük və şərabçılığın tarixini yaşadan "Meysəri, "MEYVİ”, "I Love Baku”nun məhsulları sərgilənib.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi qonaqlar üçün ölkəmizin görməli yerlərinə virtual səyahət də təşkil edib, "AzerGold” QSC isə qızıl və gümüş sikkələr nümayiş etdirib.


3281 oxunub

InvestAZ