XƏBƏR LENTİ
23 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



MOK-un əməkdaşı “Zəfər” 2024 Beynəlxalq İdman Mükafatına layiq görülüb
İdman 14:04 / 25.01.2025

Yanvarın 24-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2024 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Ötən ilin ən yaxşıları nominasiyası üzrə qaliblərin adları açıqlanıb.

Mükafatlandırılanlar arasında Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşı Mirağa Əliyev də yer alıb. O "ilin idman fotoqrafı" nominasiyası üzrə qalib olub.

Məlumat üçün bildirək ki, Mirağa Əliyev ötən il "Culio Onesti” Fondu tərəfindən hazırlanmış dünya üzrə 500-dən çox fotoqrafın qoşulduğu VI beynəlxalq foto müsabiqədə "Gələcəkdə İdman və ətraf mühit” kateqoriyasında "Olimpiya Günü” fotosu ilə birinci yerə layiq görülüb. Həmçinin onun müəllifi olduğu "Qızıl əlcək - Ağacan Abıyev” filmi Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalında qısametrajlı film nominasiyası üzrə mükafata layiq görülüb.

MOK-la "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” çərçivəsində əməkdaşlıq edən Azərbaycan Kinomotoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Avrasiya Teleradio Akademiyasının akademiki Arzu Qulamov da "olimpiyaçılarımıza həsr olunan filmlərin çəkilişinə görə” nominasiyası üzrə qalib sırasında yer alıb.


15547 oxunub

InvestAZ