XƏBƏR LENTİ
20 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Çempionlar Liqası: "Barselona"dan möhtəşəm geridönüş
İdman 02:12 / 22.01.2025

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun oyunlarına start verilib. Turun ilk oyun günündə 9 təşkil olunub. Gecənin ən maraqla gözlənilən oyunlarından biri Portuqaliya baş tutub. Yerli "Benfika” klubu doğma azarkeşlər önündə İspaniyanın "Barselona" klubunu qəbul edib. Bol qollu oyunda kataloniyalılar geridönüş edərək çətin "Benfika" səfərindən 5:4 hesablı qələbə ilə qayıdıblar. Turnirin favoriti "Liverpul" isə İngiltərədə Fransanın "Lil" komandasına minimal hesabla qalib gəlib. İspaniyanın digər komandası "Atletiko" da turu qələbə ilə başa vurub.  Madridlilər doğma meydanda  Almaniyanın "Bayer” komandasını məğlub edib - 2:1.

Qeyd edək ki, VII turun növbəti oyunları bu gün təşkil olunacaq.


UEFA Çempionlar Liqası: Liqa mərhələsi

 VII tur

"Monako” (Fransa) - "Aston Villa” (İngiltərə) - 1:0

"Atalanta” (İtaliya) - "Şturm” (Avstriya) - 5:0

"Liverpul” (İngiltərə) - "Lill” (Fransa) - 2:1

"Benfika” (Portuqaliya) - "Barselona” (İspaniya) - 4:5

"Srvena Zvezda” (Serbiya) - PSV (Niderland) - 2:3

"Atletiko” (İspaniya) - "Bayer” (Almaniya) - 2:1

"Slovan” (Slovakiya) - "Ştutqart” (Almaniya) - 1:3

"Bolonya” (İtaliya) - "Borussiya” (Dortmund, Almaniya) - 2:1

"Brügge” (Belçika) - "Yuventus” (İtaliya) - 0:0.



14825 oxunub

InvestAZ