XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Olimpiyaçılarımızın Paris-2024-də qazandığı medallar geri qaytarılacaq
İdman 22:17 / 21.01.2025

Paris-2024 Yay Olimpiya Oyunlarında mükafat qazanan 7 idmançımızdan beşinin medalı keyfiyyətsiz olduğu üçün Oyunların Təşkilat Komitəsinə geri qaytarılacaq.

Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacağını bildirib.

O, Paris-2024-ün Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc medalçımız Maqomedxan Maqomedovdan başqa, digər beş idmançının medallarının geri qaytarılacağını deyib. Bildirilib ki, cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyevlə yanaşı, olimpiadanın gümüş medalçıları taekvondoçu Qaşim Maqomedov, boksçu Alfonso Dominqes və bürünc medalçılar - yunan-Roma güləşçisi Həsrət Cəfərov, sərbəst güləşçi Giorgi Meşvildişvilinin medalları keyfiyyətini itirib.

Məsələ ilə bağlı prosesə başlanıldığını deyən Murad Fərzəliyev hər bir idmançının yeni medalla təmin olunması üçün çalışacaqlarını qeyd edib.

Qeyd edək ki, Azərbaycan Olimpiya komandası Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Komandamız bu nəticə ilə medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının qazandığı medallar keyfiyyət səbəbindən geri qaytarılıb. Çoxsaylı şikayətlərdən sonra Paris-2024-ün Təşkilat Komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib.


15985 oxunub

InvestAZ