XƏBƏR LENTİ
17 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib
İdman 15:00 / 21.01.2025

Bakı İdman Sarayının konfrans zalında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib. Püşkün nəticələrinə əsasən 1/8 final mərhələsində "Abşeron"-"Quba", "Gəncə"-"Ordu", "Lənkəran"-NTD, "Sumqayıt"-"Neftçi" oyunları keçiriləcək. Yanvarın 28-29-da oynanılacaq 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar. 1/4 finalda isə "Abşeron"-"Quba" cütünün qalibi "Naxçıvan" ilə, "Gəncə"-"Ordu" cütünün qalibi "Sərhədçi" ilə, "Lənkəran"- NTD cütünün qalibi "Şəki" ilə, "Sumqayıt"-"Neftçi" cütünün qalibi isə "Sabah" komandası ilə qarşılaşacaq. Kubokun reqlamentinə meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilib. Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda təşkil olunacaq.



14726 oxunub

InvestAZ