XƏBƏR LENTİ
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025



Azərbaycan Üzgüçülük Federasiyasında rəhbər dəyişikliyi olub
İdman 00:05 / 19.01.2025

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib.

Bu barədə qərar AÜF-nin Gənclər və İdman Nazirliyinin inzibati binasındakı ümumi yığıncağında qəbul edilib. 

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Səsvermənin nəticələrinə əsasən növbəti 4 il müddətinə Zaur Əliyev AÜF-nin yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Zaur Əliyev çıxış edərək etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Federasiyanın keçmiş prezidenti Xanlar Fətiyev yeni prezidentə və üzvlərə uğurlar arzulayıb.


12167 oxunub

InvestAZ