XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Sərbəst güləşçilərimiz ilin ilk yarışına Varnada başlayacaqlar
İdman 12:11 / 17.01.2025

Yanvarın 23-dən 26-dək Bolqarıstanın Varna şəhərində güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə milli komandamızın 8 idmançısı mübarizə aparacaq. Ənənəvi yarışda məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcək. Memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.


19130 oxunub

InvestAZ