XƏBƏR LENTİ
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026



Fiqurlu konkisürənimiz dünya çempionatına vəsiqə əldə etdi
İdman 10:44 / 12.01.2025

Azərbaycanın fiqurlu konkisürəni Nərgiz Süleymanova Bolqarıstanın Sofiya şəhərində keçirilən "Sofia Trophy” yarışında iştirak edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, qısa və sərbəst proqram üzrə mübarizə aparan idmançımız 172.80 xal toplayıb. O, bu nəticə ilə 23 iştirakçı arasında 5-ci yeri tutub. Nərgiz Süleymanova bununla da dünya çempionatına vəsiqə qazanıb.


15576 oxunub

InvestAZ