XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Özbəkistanda Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək
İdman 15:08 / 12.01.2025

Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı ilə Özbəkistanın Amirsoy Dağ Kurortunda "Türkdilli Dövlətlərin Xizək Kuboku” keçiriləcək.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məllumata görə, bu qərar Şahdağda keçirilən xizək alpinizmi üzrə Dünya Kuboku çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Mirvohid Əzimov və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov arasında keçirilən görüşdə qəbul edilib.

Yarışın əsas məqsədi Türkdilli dövlətlər arasında idman əlaqələrinin inkişafını təşviq etmək, birgə əməkdaşlığı və dostluq əlaqələrini genişləndirmək, həmçinin qış idman növlərinə olan marağı artırmaqdır.

Görüş çərçivəsində, həmçinin 2025-ci ildə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafına və genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, həyata keçirilməsi nəzərdə tutulan layihələr və tədbirlər müzakirə olunub.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kuboku fevralın 17-20-də keçiriləcək.



15881 oxunub

InvestAZ